"100 dollarlıq neft dövrü arxada qalıb" - BP şirkətinin rəhbəri
27-01-2020 [13:43]
"Dünyada neftə olan tələbat getdikcə azalacaq, əvəzinə təbii qaz və s. enerji daşıyıcıları ön plana çıxacaq. Digər tərəfdən, ABŞ-da hasilatın artması neftin bir barelinin 100 dollara və hətta daha baha qiymətə satıldığı vaxtların bir daha rəkrarlanması ehtimalını xeyli azaldır"."100 dollarlıq neft dövrü arxada qalıb"
Bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən BP şirkətinin rəhbəri Robert Dadli bildirib.
O deyib ki, neft və kömürün istifadəsi getdikcə azalacaq. Sözsüz ki, neft-kimya sənayesində neft hələ uzun illər istifadə olunacaq, lakin elektrik enerjisi istehsalında neftin yerini qaz və s. enerji daşıyıcıları tutacaq.
BP rəhbərinin fikrincə, dünyada neftə tələbatın azalması bu əsrdə baş verəcək, bəzi ölkələrdə benzin mühərriklərinə məhdudiyyətlər tətbiq edilsə, bu azalma daha çox ola bilər.
R.Dadlinin qənaətincə, neft bazarına ABŞ kimi üçüncü iri oyunçunun gəlməsi ilə bağlı neftin qiymətinin yüksək volatilliyi (dəyişkənliyi) ağlabatan deyil. Belə ki, ABŞ şirkətləri neft hasilatını sürətlə artıra bilməsi dünyanın harasındasa neftin qıtlığı ehtimalını aradan qaldırır. Yəni ABŞ tərəfindən neft bazarında yaradılan qiymət dempferi nəticəsində nefti qiymətləri əvvəlki kimi kəskin dəyişməyəcək.
Onun sözlərinə görə, neft layihələrinin ekoloji vəziyyətə təsirinin dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənməsi ilə əlaqədar neft hasilatı şirkətlərinə təzyiqlər artacaq.
ESG reytinqləri (Environmental, Social, Governance – hər hansı fəaliyyəti ətraf mühit, sosial, idarəçilik nöqteyi-nəzərindən dəyərləndirən reytinqlər) nəticəsində bu kimi layihələrə maliyyənin cəlb olunmasında indidən çətinliklər yaradır, Avropada və qismən də ABŞ-da şirkətlər bundan əziyyət çəkir.
R.Dadli belə yanaşmanın bəsit olduğunu, yaxın 20 ildə dünya əhalisinin daha 2 milyard nəfər artacağı barədə BMT-nin proqnozuna inansaq, enerji daşıyıcılarına tələbatın hələ qalacağını düşünür. Hərçənd bərpa olunan enerji mənbələri dünya tələbatının cəmi 3-4 faizini görür. Hazırkı proseslər nəticəsində neft şirkətəri yaxın 10 il ərzində çoxyönlü enerji şirkətlərinə çevrilərək bu gün hələ neft-qaz qədər gəlirli olmayan, lakin ətraf mühitə mənfi təsiri qat-qat az olan layihələrə böyük sərmayələr qoyacaq.
Qeyd edək ki, BP şirkətində 40 il çalışan, o cümlədən 10 il rəhbər vəzifələr tutan R.Dadli martın 31-də şirkətdən gedərək iqlim dəyişiklikləri ilə bağlı ictimai fəaliyyətlə məşğul olacaq/Report.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)