"Bakıda 40-dan çox adamın qazdan kütləvi zəhərlənmə xəbəri doğru deyil" - İki qurum birgə məlumat yaydı

img

26-01-2020 [14:25]


Yanvarın 25-i gecə saatlarında sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın kütləvi şəkildə qazdan zəhərlənməsi barədə məlumat yayılıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə “Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a daxil olan birgə məlumata görə, bu xəbərlər doğru deyil: 

“Bildirmək istərdik ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, 25 yanvar 2020-ci il tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə hadisəsi baş verməyib. Videomaterialdakı kadrlar isə ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur. Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in 103 qaynar xəti, “Azəriqaz” İB-nin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR