Ehtiyatda olan zabit: "Şəhid övladına səs verin!" - Zaur Məmmədov cəbrayıllı seçicilərlə görüşdə "seçkiyə gəlin..." çağırışı etdi + FOTOLAR -
26-01-2020 [12:46]
Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam etdirilir. Kampaniya çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd, tanınmış jurnalist Zaur Məmmədovun yanvarın 25-də Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələrində köçkünlərlə görüşü təşkil olunub.
Zaur Məmmədovun seçki qərargahından Mia.az-a verilən məlumata görə, görüş iştirakçıları öncə qəsəbədəki Şəhidlər abidəsini ziyarət ediblər.
Daha sonra tədbiri giriş sözü ilə açan namizədin vəkili, Əməkdar jurnalist Rəhman Orxan Zaur Məmmədovun fəaliyyəti barədə məlumat verib. Onun hər zaman bir jurnalist kimi Cəbrayıl sakinlərinin yanında olduğunu, onların problemlərinin həllinə çalışdığını vurğulayıb.
Namizədin vəkili bildirib ki, əgər 9 fevralda seçimlərini Zaur Məmmədovdan yana etsələr, o, Cəbrayıl və Qubadlıdan olan seçicilərini Milli Məclisdə layiqincə təmsil edəcək.
Sonra namizədin səyyar seçki qərargahının sədri Elçin Abdullayev çıxış edib. O, bu günə qədər Cəbrayıl və Qubadlı sakinləri ilə keçirilən görüşlərdən danışaraq, əminliklə bildirib ki, qəsəbələrdə yaşayan köçkünlər də Zaur Məmmədovu dəstəkləyəcəklər.
Daha sonra tanınmış hərbi-jurnalist, ehtiyata olan zabit Seymur Şahbazzadə çıxış edib. O da seçiciləri istedadlı jurnalist, daim xalqın maraqlarını müdafiə edən ictimai-siyasi fəal və ən əsası, şəhid övladı Zaur Məmmədovu dəstəkləməyə səsləyib.
S. Şahbazzadə əlavə edib ki, əgər Cəbrayıl sakinləri Zaur Məmmədova etimad göstərib millət vəkili seçsələr, əlçatan deputata sahib olacaqlar.
Tədbirdə çıxış edən namizəd Zaur Məmmədov öncə onun dəvətini qəbul edərək məclisə gələn seçicilərə təşəkkürünü bildirib. Z. Məmmədov qeyd edib ki, Cəbrayıl camaatının belə pərən-pərən düşməsi çox ağırdır:
“Mən, təbliğat-təşviqat kampaniyası dövründə xeyli yaşayış məntəqələrini gəzmişəm. Bir ucu Şəmkir, bir ucu Şəki, bir ucu Biləsuvara yayılan camaatımızı pərişan gördüm. Doğrudur, məcburi köçkünlər üçün şərait yaradılıb, amma hamının gözündə bir həsrət gördüm. Əgər mən Milli Məclisdə təmsil olunsam, sizin vətən həsrətinizi tez-tez dilə gətirib, tələbinizi səsləndirəcəyəm. Hər şeydən öncə bizə Qarabağ, Cəbrayıl lazımdır. Ondan sonrakı problemlərinizin də həllinə çalışacağam.
Ən əsası, seçkiyə gəlin, öz taleyinizi özünüz müəyyənləşdirin. Deputatınızı özünüz seçin ki, sizə xidmət eləsin, başqalarına yox”.
Toplantıdan sonra namizəd Cəbrayıldan olan qazilərlə, keçmiş döyüşçülərlə, gənclərlə söhbət edib, onların problemləri ilə maraqlanıb. Sakinlər qəsəbədəki işsizlik, sosial təminat və səhiyyə xidməti ilə bağlı problemləri dilə gətiriblər. Eyni zamanda, qəsəbə ərazisində məscid olmadığından narazılıq edənlər də olub. Gənclər isə qəsəbə ərazisində normal futbol meydançasının olmadığından gileyləniblər.
Z. Məmmədov qaldırılan problemlərlə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyini bildirib.
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI