Hər taleyin öz yolu, öz pilləsi var...

img

25-01-2020 [23:47]


Bizim üçün əziz olan dəyərli insan Ilham Cəmiloğlu!

Sizi- istedadlı jurnalist, uzun illərdən tanıdığım, böyük hörmətə layiq ziyalımızı, ömür payının 55-ci ilində yeni yaşı münasibətilə ürəkdən təbrik edirəm. İlham müəllim, hər zaman Siz qardaşlarla, ailə üzvlərinizlə və şəxsən əsl Azərbaycan xanımı, Qarabağın sayılan, seçilən və sevilən ziyalı xanımı olan ananız Şura xanımla tanışlıqdan qürur duymuşam! Allah ona ömür versin!

...Düşmən tapdağı altında sızıldayan Qarabağ torpaqlarımız haqqında, Şuşa və tələbəlik illərimizin gözəl şəhəri olan Xankəndi təəssüratlarınızı böyük sevgi ilə oxuyuruq.

Yeni yaşınıza kiçik bir təbrik yazarkən, xarirələr məni haralara aparmadı.Gənclik illərinə döndüm. Ağrılarım qeybə çəkildi. Ruhu, qəlbi tükənməz sevgi ilə döyünən gəncliyim...

Nə gözəl ki, o illərdə Siz qardaşları tanımışam. Nazimi (Allah rəhmət eləsin!), Hikməti və Sizi!..

Hər insanın öz ömrü, öz zirvəsi var,

Hər taleyin öz yolu, öz pilləsi var,

Öz zirvəsi ola bilməz qorxaqların,

O şərəfli yüksəkliyə qalxanların.

Gərək səbri bir ləngərli dəniz ola,

Gərək fikri, əqidəsi təmiz ola! 

Sehrli söz xəzinəmizin parlaq ulduzu olan Səməd Vurğuna həsr olunmuş bu misralarda Siz qardaşların da ömür yoluna işıq saçan cizgilər gördüm. Əqidəsi, amalı təmiz, el həvəsli Sizlərin!...

İlham müəllim, 55 yaşın - ad günün, şad günün mübarək! Arzu edirəm ki, növbəti ilin doğum gününü uşaqlıq və gənclik illərinin müqəddəs şəhəri Xankəndində, ata yurdunda, öz evinizdə keçirəsiniz! Birlikdə olaq!...

Səxavət Tağlar,

Əməkdar müəllim, yazıçı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR