PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

img

25-01-2020 [18:01]


AĞ partiyası 82 saylı Ağcabədi Seçki Dairəsindən YAP-ın namızədinin qanunsuz fəaliyyətindən MSK-ya rəsmi şikayət məktubu göndərib.

Mia.az xəbər veirr ki, bu barədə partiyanın lideri Tural abbaslı məlumat verib.

O MSK-ya ünvanlalan məktubun suərtiini və foto faktları da nümayiş etdirərək, bildirib ki, 9 fevralda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 82 saylı Ağcabədi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Rzayev Tahirin seçicilərlə görüşündə Ağcabədi rayon İcra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov da iştirak edib:

"Əhmədov Rövşən də iştirak edərək seçki öncəsi təbliğat kampaniyasının ədalətli keçrilməsinə kölgə salıb. Belə ki, YAP namizədi Rzayev Tahirin Ağcabədi rayon Muğanlı, Köyük kəndlərindəki seçicilərlə görüşündə Əhmədov Rövşənin də iştirak etməsi, YAP namizədinin açıq təbliğatını aparması, seçicilərin iradəsinə təsir etməsi qanunlara ziddir. Həm də təhsil və idarə işçilərini YAP namizədiylə görüşə gətirmək də qanun pozuntusudur. Bu addım onu göstərir ki, 9 fevral seçkiləri Ağcabədi rayon icra hakimiyyətinin birbaşa basqısı, dövlət təhsil müəssisələrində, dövlət idarələrində çalışan işçilərin iradəsinə təsir etməsi kimi anlaşılır. Bununla da həm 20 ildir deputat olmuş YAP namizədi Rzayev Tahir, həm də Ağcabədi rayon icra başçısının birinci müavini Əhmədov Rövşən qanunları, seçki öncəsi ədalət prinsipini pozaraq yenə də keçmişdəki kimi seçkilərə kölgə salıb. Ağcabədi rayon İcra hakimiyyətinin rəsmi internet səhifəsində Əhmədov Rövşənin hələ də icra hakimiyyəti başşısının birinci müavini kimi göstərilir.

Sizdən xahiş və tələb edirəm ki, bu barədə qərar verərək YAP namizədi Rzayevin Tahirin və Ağcabədi rayon icra başçısının birinci müavini Əhmədov Rövşənin əməllərinə seçki qanunvericiliyinə uyğun qərar verəsiniz".

Partiya  Ağcabədi rayon icra başçısının birinci müavini Əhmədov Rövşənin 82 saylı Ağcabədi seçki dairəsindən YAP namizədi Rzayevin Tahirin seçicilərlə görüşündəki 6 (altı) ədəd fotoşəkil qoşma olaraq ərizəyə əlavə edib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR