İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar
25-01-2020 [12:57]
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ aldıqdan sonra zəhərlənmiş xəstələrdən ikisi vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə AYNA.az-a bu barədə xəstələrin yaxınlarından biri tərəfindən məlumat verilib.
Bildirilib ki, Saatlı rayon sakini Ağayev Əlisa Mahmud oğlu bu gün axşam saatlarında keçinib: “Dünən səhər onu dializə apardıq, qayıdanda özünü yaxşı hiss etmirdi. Evə gətirəndən sonra daha da ağırlaşdı, yenidən xəstəxanaya qaytardıq, tibbi yardım göstərdilər, axşam evə gətirdik. Ancaq vəziyyəti yaxşı deyildi deyə, bu səhər yenidən xəstəxanaya apardıq, yarım saat dializ aldı, gətirdik evə. Bir az olar ki, vəfat etdi”.
Faktı Ə.Ağayevin oğlu Vasif Ağayev də təsdiq etdi: “Bir saat olar ki, atamı itirdik. Xəstəxanaya gəlin, araşdırın, görün, orda nələr baş verir. Xəstələrin birini Bakıya aparmışdılar, o da orda keçinib, qaytarıblar geri”.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ənvər Lümanov da AYNA-ya açıqlamasında, Bakıya göndərilən xəstənin vəfat etdiyini təsdiqlədi: “Sizə dedim axı, o xəstənin mədəsində xroniki yazva var idi deyə, qanaxma baş vermişdi və Bakıya göndərmişdik. Bakıda rəhmətə getdi, buradan təcili yardım göndərdim, gətirdilər. Siz dediyiniz barədə isə məlumatım yoxdur, indi dəqiqləşdirəcəm”.
Təəsüflər olsun ki, baş həkim növbəti zənglərimizə cavab vermədi.
Ancaq xəstələrin yaxınlarından öyrəndik ki, Bakıyda göndərilmiş xəstə Sabirabad rayon sakini Soltanov Füzuli Soltan oğlu olub. Digər xəstələrin isə vəziyyətinin ağır olaraq qaldığı bildirildi. Xəstə qohumlarının dediyinə görə, əgər sabah səhərə qədər xəstələrin vəziyyətlərində irəliləyiş olmasa, Bakıya gətirəcəklər.
Qeyd edək ki, dünən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ alan xəstələr zəhərləniblər və xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Dializ xəstəsi Əlmədət Ağayevin AYNA-ya verdiyi məlumata görə, dünən günorta radələrində onunla birlikdə beş dializ xəstəsi reanimasiyaya yerləşdirilib. Xəstələrdən birinin isə vəziyyəti ağırlaşdığına görə o, Bakıya, Respublika Kliniki Xəstəxanasına göndərilib.
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var