Qarabağın ilk hərbi prokuroru da Füzulidən seçkiyə qatılıb: kürəyində və qolunda qəlpə, ürəyində isə yurd həsrəti ilə... - FOTOLAR

img

24-01-2020 [18:23]


Qarabağ Qarnizonunun ilk hərbi prokuroru, Qarabağ qazisi, müharibədə iki dəfə ağır yaralanmış II qrup əlil, ədliyyə müşaviri Yusif Ağayevin rentgeni yayılıb.

Mia.az xəbər verir ki, sabiq prokuror bu gün də bədənində düşmən mərmisinin qəlpəsini gəzdirir. Rentgendə həmin qəlpə aydın görünür (Aşağıdakı şəkildə: R işarəsinin yanındakı qəlpədir).

Xatırladaq ki, Ağayev Yusif Şükür oğlu əslən Füzuli rayonundandır. O, hazırda 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəddir.

Qeyd edək ki, o, 1963-cü ildə Bakıda doğulub.

1985-ci ildə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1985-87-ci illərdə Qazaxstanın Quryev vilayətində vəkil, 1987-91-ci illərdə həmin vilayətdə prokurorluğun istintaq idarəsinin prokuroru işləyib. 1991-92-ci illərdə Azərbaycanın Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi, 1992-96-cı illərdə Qarabağ Qarnizonunun ilk hərbi prokuroru olub. 1996-2003-cü illərdə Tərtər rayonunun prokuroru vəzifəsində çalışıb.

2006-2009-cu illərdə Bakıda beynəlxalq təşkilatların birində baş hüquqşünas işləyib.

Yusif Ağayev həm də hərb tarixçisidir.Türk, qazax,rus və ingilis dillərini bilir. Azərbaycanın hərb tarixi üzrə dörd kitabın, çoxsaylı məqalələrin müəllifi və həmmüəllifidir. Beş övlad atası olan Yusif Ağayev hazırda təqaüdçüdür. Heç bir partiyanın üzvü deyil, bitərəfdir.

Yusif Ağayev prokuror vəzifəsində çalışa-çalışa silaha sarılıb döyüşə atılıb. O, 1992-ci ildə Füzuli, 1993-cü ildə Ağdam istiqamətində ağır yaralanıb. Düşmən mərmisi onun qolunun, kürəyinin bir hissəsini aparıb. Mərmilərdən birinin qalığı – qəlpəsi isə onun bədənində qalıb. Həkimlər sabiq prokurorun həyatına daha böyük təhlükə yarada biləcəyindən ehtiyatlanaraq, qəlpənin çıxarılmasını məsləhət görməyiblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR