Magistratura və doktorantura şöbəsinə müdir təyin olunub - ATU-da

img

24-01-2020 [16:27]


Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

Mia.az xəbər verir ki, texnika elmləri namizədi, dosent Malik Qarayev Magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu)  fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib.  

Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək  “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR