Ərdoğan Merkelə maraqlı hədiyyə verdi - Türkiyədə + FOTO

img

24-01-2020 [16:00]


Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb. 

“Sputnik Türkiye" xəbər verir ki, A.Merkel bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türk-Alman Universitetinin yeni binasının açılış mərasimində iştirak edib.

R.T.Ərdoğan çıxışında Liviyadakı son vəziyyətə toxunaraq sabitliyin təmin edilmədiyi təqdirdə xaosun Aralıq dənizi hövzəsinə təsir edəcəyini bildirib. 

A.Merkel isə vaxtilə almaniyalı alimlərin Türkiyəyə sığındığını, indi Türkiyənin milyonlarla suriyalı qaçqına sığınacaq imkanı verdiyini söyləyib. O, Türkiyənin Almaniyanın dəstəyi ilə qaçqınların təhsilinə verdiyi önəmli töhfələrini də vurğulayıb.

A.Merkel həmçinin elm və təhsilin insanların yaradıcılıq və azadlığını inkişaf etdirdiyini deyib: "Elm nə qədər azadsa, elmdə qazanılan nəticələr də bir o qədər zəngindir”.

 

Yeri gəlmişkən, Türkiyə prezidenti mərasimdən öncə Almaniya kanslerinə “Paşabahçe” şirkətinin özəl olaraq hazırladığı saray güzgüsü və dəbilqə hədiyyə edib.

Hər iki hədiyyə 24 əyar qızıl, qızıl suyu və digər maddələrdən hazırlanıb. “Paşabahçe”nin məhdud sayda hazırladığı saray güzgüsünün qiyməti 2395 lirə (686 manat), dəbilqəsinin qiyməti isə 1950 lirədir (558 manat).


Digər xəbərlər
SON XƏBƏRLƏR