BƏRDƏNİN İCRA BAŞÇISINDAN ŞOK ADDIM: namizədlərlə bağlı mollalara göstəriş verib

img

24-01-2020 [14:47]


Bərdədə yas məclislərində din xadimləri bəzi namizədlərin təbliğatını aparır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ərəstun Əlizadə bildirib. Onun sözlərinə görə, din xadimlərinə göstəriş Bərdənin axundundan gəlib. Axund isə bunu icra başçısı Vidadi İsayevin tapşırığı əsasında edir. 

“Bərdənin axundu Rza əfəndi Bərdənin icra başçısı Vidadi İsayevin tapşırıqları əsasında bütün mollalara göstəriş verib, yas yerlərində nəzərdə tutduqları "namizədlərə" "xütbə" oxutdurur”, - deyə Ərəstun Əlizadə bildirib.

Məlumat üçün deyək ki, Bərdədə iki seçki dairəsi var: 93 saylı Bərdə şəhər seçki dairəsi və 94 saylı Bərdə kənd seçki dairəsi.

Şəhər dairəsindən yerli hökumətin dəstəklədiyi namizəd Fatma Yıldırım, kənd dairəsindən isə Zahid Orucdur.

Bundan başqa məlum olub ki, Fatma Yıldırım Bərdənin Cumalar və Kafarlı kəndlərində yol problemini həll edib. 

Ərəstun Əlizadə bildirib ki, bu açıq-aşkar qanun pozuntusudur. “Hətta bunu mətbuatda da işıqlandırıblar. Bu özbaşınalıqdır, bunun başında isə Bərdənin icra başçısı dayanır”, - deyə Ərəstun Əlizadə vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR