Vasif Talıbov, Səttar Mehbalıyev, Siyavuş Novruzov, Eldar İbrahimov... - Naxçıvanda "rəqibsiz" seçki "yarışı"

img

24-01-2020 [12:38]


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqdədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ən çox namizəd 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınıb. 

Belə ki, bu dairədən deputatlığa namizədliyi qeydə alınan 25 nəfər var.

Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir.

Bu dairələrin hər birində 3 deputatlığa namizəd qeydə alınıb/APA.

Mia.az xatırladır ki, 1 saylı Şərur-Sədərək seçki dairəsinin sözsüz ki, fovariti Ali Məclsin sədri Vasif Talıbovdur. Onun cəmi iki rəqibi var. Ancaq şübhə yox ki, istər BQP-li, istərsə də həkim rəqibi ona problem yaradacaq gücdə deyillər...

2 saylı Şərur seçki dairəsindən isə YAP-ın namizədi AMEA-nın vitse-prezidenti, eyni zamanda, Naxçıvan Gömrük Komitəsinin sədrinin atası İsa Həbibbəylidir. Akademikin təqaüdçü və orta məktəb müəllimi olan hər iki rəqibinin ona kiçik də olsa problem yaratmayacağı dəqiqdir.

3 Saylı Babək-Gəngərli –Naxçıvan seçi dairəsi: hamı yaxşı bilir ki, bu dairədən deputat “həmkarlar”ın sədri Səttar Mehbalıyev olacaq. Onun hər iki rəqibi – Babak rayonunun Didivar kənd orta məktəbinin direktoru Hüseynqulu Bədəlovla həmrayonlusu, Gəngərli rayon Melorasiya və Su Təsərrüfatı idarəsinin rəisi Nəriman Quliyev formal namizədlərdir.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən hakim partiyanın namizədi olan deputat Eldar İbrahimovun da Naxçıvandakı digər dairələr kimi, cəmi 2 rəqibi var. O, Fazil Mustafanın lideri olduğu partiyanın (BQP) işsiz namizədi ilə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyindəki birlikdə ekspert olan rəqibi ilə “döyüşəcək”. Əlbəttə, əıgər buna “döyüş” demək olarsa...

5 saylı Şahbuz-Babək seçki dairəsində isə digər dairələrdən fərqli olaraq, hakim partiyanın namizədi, deputat Siyavuş Novruzovun 3 rəqibi var. Maraqlıdır ki, Novruzovun rəqiblərindən biri öz təşəbbüsü ilə seçkiyəq qatılmış YAP üzvü, Naxçıvan AMEA-nın kişik elmi işçisi Qədir Məmmədovdur. Digər iki rəqibi isə Kardioloji Mərkəzin Baş həkimi Ramin Acıyevlə orta məktəbdə rus dili müəlliməsi Mehriban Həsnovadır.

6 saylı Culfa-Babək seçki dairəsindən isə hakim partiyanın namizədi deputat Həmzəyeva Ülviyyə Tapdıq qızıdır. Onun 4 rəqibinin də görüntü xatirinə seçkiyə qatılması ilk baxışdan anlaşılır.

7 saylı Ordubad-Culfa seçki dairəsindən isə həm YAP-ın, həm də MR rəhbərliyinin namizədi MR Gənclər Fondunun icraçı direktoru Quliyev Cəbi Hüseyn oğludur. Onun iki rəqibi məktəb direktoru, digəri isə Odlar Yurdu Universitetinin saat hesabı işləyən müəllimdir. Odur ki, Cəbi Quliyevi qarşıda parlamentdə deputatlarıln arasında görəcəyimizə şübhə edilmir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR