Rəsmi Bakı Ermənistan XİN-ə sərrast cavab verdi: "Xocalı qətliamını, etnik siyasətinizi gizlətməyə cəhd etməyin"
23-01-2020 [19:00]
"Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür".
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ilin yanvar ayında Azərbaycanda baş verən faciəyə mününasibətini şərh edərəkən deyib.
L.Abdullayeva bildirib ki, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın qəhrəman oğul və qızlarının ölkənin müstəqilliyi uğrunda canlarından keçərək, müasir tariximizin şərəfli bir səhifəsinə adlarını öz qanları ilə yazmalarının 30-cu ildönümü həm ölkəmizdə, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən dünyanın 60-dan çox ölkəsində anım mərasimləri ilə qeyd olunur:
"Beynəlxalq ictimaiyyətin, o cümlədən ölkəmizdəki diplomatik korpusun bu xüsusda bizə verdiyi dəstəyi xüsusilə vurğulamaq istərdik.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi qırğın insanlıq əleyhinə cinayətdir və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.
O ki qaldı Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb