KƏMALƏDDİN HEYDƏROVUN DEPUTAT DOSTU və PARTİYA SƏDRİ EYNİ GÜNDƏ SEÇKİDƏN ÇƏKİLDİ: "Peşman oldum..." - 44 saylı dairədə nə baş verir?
24-01-2020 [10:43]
Xəbər verdiyimiz kimi, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.
Mia.az-ın məlumatına görə, Hacı Salayev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib.
Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib: “Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.
Hacı Salayev son olaraq xahişini də dilə gətirib: “Haqqımda nahaq yazan jurnalistlərdən bir xahişim var. Həmin yazıları pozsunlar”.
Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.
Onun qardaşı Baba Salayev isə general rütbəsi ilə FHN-nin Akademiyasının rəisidir.
Deputatın özü və övladlarının biznesi haqda da zaman-zaman mətbuatda yazılar gedib.
Mia.az-ın məlumatına görə, bu dairədən namizəd olan Yurddaş Partiyasının sədri də Mais Səfərli də namizədliyini geri götürüb. Onun da Hacı salayevlə eyni gündə namizədliyini geri şəkməsi ortaya xeyli açıq suallar buraxıb.
Onu da qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsində YAP rəsmi olaraq Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Məmmədov Müşviq Fazil oğlunu dəstəkləsə də, aydın olur ki, bu dairədə partiyanın rəsmi qərarına indidən məhəl qoyulmayıb. Belə ki, bu dairədən öz təşəbbüsü ilə seçkiyəq qatılan daha 6 YAP-çı var.
Bundan başqa, bu dairədən Ümid Partiyasının icra aparatının sədri Taleh Əliyev, "AZƏRBAYCAN DƏMİRYOLLARI" QSC hüquq şöbəsinin rəisi Əzimağa İbarimov, “168 saat” qəzetinin baş redaktoru Vasif Yolçuyev, VHP-li jurnalist Nəsimi Şərəfxanlı və digər iddialı namizədlər də yarışdadırlar.
Hətta bir çox siyasi ekspertlər 3 gün əvvələ qədər düşünürdü ki, nazir K.Heydərov ən sadiq adamı kimi Hacı Salayevin bu dəfə də parlamentə düşməsi və onun oradakı təmsilçilərindən biri olması üçün bütün gücü ilə çalışacaq. Buraya biznesmen deputatın maddi kapitalını da əlavə edərək, onun qələbəsini qabardırdılar. Lakin gözlənilənlər olmadı. Belə ki, deputat Hacı Salayev yanvarın 23-də seçki yarışından çəkildiyni bəyan edib.
Beləliklə, iki şanslı şəxsin namizədliyini geri çəkməsindən sonra dairədə maraqlı situsiya yaranıb. İrəlilələyən günlərdə bu dairədən iqtidarın kimə "işıq yandırması"nın konturlarını müəyyən etmək olacaq. Bəzi ekspertlər bu dairədən də Cavid Qurbanovun kadrı "AZƏRBAYCAN DƏMİRYOLLARI" QSC hüquq şöbəsinin rəisi Əzimağa İbarimovun parlamentdə mandat qazanması üçün hər şey edildiyini iddia edirlər.
Mia.az
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"