Magistraturaya qəbulla bağlı iki dildə jurnal buraxılıb 

img

23-01-2020 [16:28]


Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1‑ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.

Mərkəzdən Mia.az-a verilən məlumata görə, jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M (DİM-in binası);

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 (DİM-in binası).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA