SEÇKİ KAMPANİYASI: güclü təbliğata nə qədər pul lazımdır? - Açıqlamalar
23-01-2020 [14:51]
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya müddətində namizədlərin yaydıqları bir-birindən fərqli təbliğat materiallarının, piar kampaniyalarının şahidi oluruq. Təbii ki, hərə öz büdcəsinə və qabiliyyətinə uyğun təbliğat apara bilir.
Maraqlıdır, təbliğat kampaniyasını aparmaq ortalama nə qədər vəsait tələb edir?
Modern.az-a bu barədə danışan 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, namizədlərin seçki təşviqatına nə qədər vəsait xərcləməsi onun kim olması və hədəfinin nə olmasından asılı olaraq dəyişə bilir: “Namizəd var ki, işi ilə, mövqeyi ilə, adı və siması ilə cəmiyyət tərəfindən tanınır. Namizəd də var ki, çox az tanınır və tanıyanlar namizədi sevmir, dəstəkləmir və rəğbət bəsləmirlər. Elə namizədlər var seçilmək uğrunda sözün əsl mənasında mübarizə aparırlar, elə namizədlər var sadəcə görünmək istəyirlər. Bunları nəzərə alsaq, Bakıdakı bir dairədə qanuni təşviqat üçün minimum 2000 manatdan başlayaraq, ortalama 10-15 min manat kifayət edər. Bundan artıq vəsait olarsa, bunu təşviqatın gücləndirilməsinə sərf etmək olar. Burada isə yuxarı hədd qanunla 500 000 manatdır və reputasiyası zəif namizədlər adətən seçiciləri müxtəlif yollarla ələ almaq üçün böyük məbləğdə pul xərcləməli olurlar”.
Özünün təbliğat-təşviqat kampaniyası üçün ayırdığı büdcəyə gəlincə, B.Hacıyev hələlik məbləğin müəyyənləşmədiyini söyləyib: “Seçkiqabağı təbliğat-təşviqat kampaniyasının büdcəsi könüllü donorların ianəsindən asılı olacaq. Biz hələ ki, bu kampaniyaya başlamamışıq. Artıq bir neçə nəfər gənc sahibkar, iş adamı hesab nömrəsi göndərməyimizi istəyib. Hələlik başlamamışıq”.
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizəd Natiq Cəfərli isə büdcənin məbləğinin namizədin istəklərindən, həyata keçirəcəyi piar aksiyalarından asılı olduğunu düşünür: “Daha çox vəsait fəaliyyət üçün imkanlar açır. İndiki şəraitdə isə müstəqil və müxalif namizədlərin maliyyə imkanlarını nəzərə alsaq, böyük məbləğdə büdcənin toplanması, istifadəsi mümkünsüz görünür. Televiziyaya çıxış imkanları demək olar ki, yoxdur. Çünki indiki qiymətlərlə televiziyada reklam aparmaq real deyil. Çap materiallarının, bukletlərin hazırlanması üçün ən azı 1000 manat vəsait tələb olunur. Bu fəaliyyətə könüllü və köməkçilərin cəlb olunması da nəzərdə tutulur. Çünki plakatların yapışdırılması, bukletlərin paylanması, təbliğatın qurulması tək bir nəfərin öhdəsindən gələ biləcəyi iş deyil. Ortalama hər dairədə 40 min seçici var. Təbliğat-təşviqat kampaniyası üçün ayrılan vaxt isə qısadır. Könüllüllər cəlb olunsa, onlar pulsuz çalışsalar belə, gündəlik yemək, nəqliyyat, rabitə xərcləri namizədlər tərəfindən qarşılanır. Bütün bunları da nəzərə alsaq, təşviqat dönəmində əlavə ən azı 1000 manata da ehtiyac yaranacaq”.
Seçki günündə də vəsait xərclənməli olduğunu diqqətə çatdıran N. Cəfərlinin sözlərinə görə, müşahidəçilərin təşkil olunması, onların nəqliyyat və yemək xərcləri namizədlərin öhdəliyindədir: “Bunun üçün də heç olmasa 1000 manat vəsait lazımdır. Namizədin istəyindən asılı olaraq, tanıtım videolarının çəkilməsi və sosial şəbəkələrdə yayımlanması da əlavə vəsait tələb edir. Ümumilikdə minimum xərcləri hesablayıb, ən ekonomik büdcə götürsək belə, ən azı 3000 manata kampaniyanı minimal səviyyədə aparmaq mümkündür. Bu kampaniyanın isə nə qədər effekt verəcəyi də sual altındadır. Çünki vəsaitin çox olması kampaniyanın daha çoxşaxəli və maraqlı aparılmasına imkan yaradır”.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb