Zakir Qaralov Qobustan və Xızı rayon sakinlərini qəbul edəcək

img

23-01-2020 [11:05]


Baş prokuror Zakir Qaralov cari il yanvarın 31-də saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR