ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: "Bu il Qarabağ münaqişəsinin həll olunacağı ilə bağlı nikbin fikirdə deyiləm"
22-01-2020 [14:39]
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayzanın (Matthew Bryza) “Report”un Fransa bürosuna müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Dünya İqtisadi Forumu çərçivəsində keçirilən Xəzər Həftəsində iştirak etmək üçün İsveçrənin Davos şəhərindəsiniz. Bu qlobal ideyalar platformasında çıxışlarınız zamanı əsasən hansı mövzulara toxunacaqsınız?
- Forum çərçivəsində 3 paneldə iştirakım nəzərdə tutulub. Bunlardan birincisi Xəzər dənizindən təbii qaz kəmərinə həsr olunan paneldir. Daha sonra, Orta Asiyanı Cənubi Qafqaz və dünyanın digər hissələri ilə birləşdirən Xəzər dənizindən keçən ümumi dəhliz panelində və sonda Türkmənistan, Pakistan, Əfqanıstan, Hindistanı əhatə edən təbii qaz boru kəmərinə həsr edilən paneldə öz fikirlərimi bölüşəcəyəm. Mənim mövzum böyük infrastruktur layihələrdir ki, bunlar həm yük, həm enerji resursları, həm də insanların daşınmasını təşkil edir. Ölkələrin həm müstəqil şəkildə, həm də birgə fəaliyyətlərinə yol açan siyasətlər barədə öz rəy və tövsiyələrimi verəcəyəm.
- Azərbaycanda son zamanlar aparılan sosial-iqtisadi islahatlar haqqında nə düşünürsünüz?
- Hesab edirəm ki, iqtisadi böhran, neftin qiymətinin düşməsi və beləliklə, manatın məzənnəsinin zəifləməsindən Azərbaycan Prezidenti 2014-cü ildə bacarıqla istifadə edərək yeni təşəbbüslərə üz tutub və büdcənin tələblərinə adekvat yeni tədbirlərə imza atıb.
Hesab edirəm ki, Azərbaycan Prezidenti bir sıra əhəmiyyətli islahatalar həyata keçirib. Biznesin həyata keçirilməsinin asanlaşdırılması, müştəri xidmətlərinin səmərəliləşdirilməsi üçün vacib olan sənədlərin elektronlaşdırılması həyata keçirilir. Təhsil sistemində islahatlara start verilib, dövlət strukturlarında bir sıra səmərəliləşdirilmə işləri həyata keçirilib. Çox yaxşı haldır ki, islahatlar vergi sisteminə qədər uzanır. Görünür ki, Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib. Azərbaycan hökuməti maliyyə böhranından bəhrələnməyə çalışır. Nazirlər qənaətkar və şəffaf olmaq məcburiyyətindədirlər.
Daha bir əhəmiyyətli islahat siyasi sahəni əhatə edir ki, bu da parlament seçkilərində özünü göstərir. Çox gözəl haldır ki, Azərbaycanda Parlamenti buraxılıb. Burda əsas məqsəd, mənim başa düşdüyüm qədər, gənc nəsli irəli çəkmək, onlara yol verməkdir.
- Azərbaycanın həyata keçirdiyi enerji layihələri barədə fikirləriniz necədir?
- Bir sıra enerji dəhlizləri var ki, əhəmiyyətlidir. Onlar arasında ən çox da Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri şəxsən mənim üçün çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə deyim ki, mən onların strateji xarakterinə inanıram. Şəxsi həyatıma gəldikdə isə, onlar mənim həyatımın axarını dəyişiblər. Onların səbəbindən mənim xanımım bu gün Türkiyədə yaşayır. Öz şəxsi qayğılarımı bir qırağa qoyum. Əlbəttə ki, bu kəmərlərin Azərbaycana olduqca böyük xeyiri dəyib. Ondan başlayım ki, bu kəmərlər Avropanın istər təbii qaz, istərsə də neftlə təmin olunmasına kömək edib.
Bu kəmərlərin Azərbaycanın iqtisadiyyatının yüksəlməsində rolu böyük olub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan misli görünməmiş iqtisadi təkamül dövrünü yaşamağa başlayıb.
Ən əsası isə fikrimcə, enerji kəmərlərinin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindəki rolu böyükdür. Onlar istər fiziki olsun, istərsə də iqtisadi birlik yaratmağa xidmət ediblər. Beləliklə, bu inkişaf sayəsində Azərbaycan Türkiyə, Avropa İttifaqı ilə böyük bazar münasibətlərinə girməyə nail olub. Daha əsas olan isə bu gün Azərbaycanın bu uğurlarını davam etdirə bilməsidir. Bu gün Azərbaycan Trans-Atlantik və Trans-Xəzər icmalarında böyük rol oynayır.
Çox sevindirici haldır ki, Xəzər dənizi vasitəsilə fiber-optik kabelin çəkilişinə başlanıb. ABŞ-ın “Amazon”, “Netflix” və digər aparıcı şirkətləri Cənubi Qafqazda təmsil olunurlar və Orta Asiya istiqamətində irəliləyirlər. Bütün bununla demək istəyirəm ki, dünyanın bu hissəsi özünün ən əlamətdar dövrünü yaşamaqdadır.
- Fikrinizcə, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqmı?
- Bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı ilə bağlı elə də nikbin fikirdə deyiləm. Amma halbuki, keçən il yaxşı başlamışdı. Ermənistanın baş naziri adama elə təsir bağışlayırdı ki, yeni yoldadır, yeni nəsə eləmək istəyir. Adamda məsələyə yeni yanaşma tətbiq etmək istəyi təsiri buraxırdı. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı görüşləri də baş tutmuşdu. Liderlər əhalini sülhə hazırlamaq, atəşkəslə bağlı razılığın daha artıq uzadılması kimi məsələlər ətrafında fikir mübadiləsi də aparmışdılar. Görünürdü ki, tərəflər qarşılıqlı inam yaratmağa çalışırdılar. Amma sonra nəsə baş verdi. Sizə deyim ki, Ermənistanda bütün siyasi sistem Dağlıq Qarabağ “klan“dan ibarətdir. Paşinyana siyasi hücumlar başladı. Ona hətta hədə-qorxular olundu. Beləliklə, ilin ortalarında o dəyişdi. Ermənistan mənasız bəyanatlar irəli sürməyə başladı. “Dağlıq Qarabağ müstəqildir” yaxud “Ermənistanın bir hissəsidir“ kimi bir-birinə zidd fikirlər səsləndirməyə başladılar.
Dağlığ Qarabağ isə sözsüz ki, Azərbaycanındır. Beynəlxalq hüquq normaları ilə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də mən bu məsələdə bədbinəm. Çünki Paşinyanın məcbur olunduğu aydın görünür və bu da məsələnin siyasi həllini qeyri-mümkün edir. Əgər Paşinyan güclü biri olsa, təbii ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilər. Çünki, mən görmüşəm və bilirəm ki, Bakı münaqişənin həllinə nail olmaq üçün danışıqlara hazırdır.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)