Penitensiar xidmətin əməkdaşı Bakıda qəza törətdi: maşın 20 metr aşağıya yuvarlandı - FOTO

img

22-01-2020 [11:55]


Bakı dairəvi yolunda qəza baş verib.

Sədərək ticarət mərkəzinə gedən istiqamətdə 41-BC-069 dövlət nömrə nişanlı "BMW X5" markalı avtomobil qəzaya uğrayıb.

Belə ki, idarəetməni itirən avtomobil yolun kənarındakı dəmir baryeri qırıb və təqribən 20 m aşağı- gölə yuvarlanıb.

Maşın tamamilə yararsız hala düşsə də, xoşbəxtlikdən sürücü ciddi xəsarət almayıb.

Qeyd edək ki, sürücü Penitensiar xidmətin əməkdaşıdır/Bakipost.az.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR