"Kim İmamverdi İsmayılova səs verməsə..." - Zəngilan və Qubadlının icra başçıları seçkiyə müdaxilə edirlər?  

img

22-01-2020 [11:14]


Seçkiyə bəzi rayonların icra başçılarının müdaxilə etməsi barədə xəbərlər yayılır.

Mia.az xəbər verir ki, belə məlumatlardan birini də "Olaylar" qəzetinin saytı (https://olaylar.az/news/siyaset/365873?fbclid=IwAR2womPqx90pdW4Ze8MxWFoFH2UfJvAUKiCrVksIiBegDSqH_3i1UI11Lw4) yayıb.

Sayt iddia edib ki, Zəngilan və Qubadlı rayonlarının  icra  başçıları seçicilərə  təzyiq  etməyə başlayıblar: "Belə  ki onlar seçkinin  taleyinin həll  olunduğunu və İmamverdi İsmayılova səs verməyənlərin qohum-əqrabalarının  vəzifədən azad ediləcəklərini bildirirlər. Bəzi  yerlərdə  digər  namizədlərin  şəkilləri  onların  tapşırığı ilə  cırılır, insanlara  digər  namizədlərlə görüşlərə getməmələri  üçün  hədə-qorxu gəlirlər. Bu  hərəkət prezident İlham  Əliyevin  islahatlar kursuna zidd olduğu  üçün  məsələni  diqqətdə  saxlayacağıq".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR