İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti ilə sənəd imzaladı: "Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır ölkə olacaq"
21-01-2020 [21:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Forumun 50 illik yubileyi münasibətilə tədbirin nüfuzlu qonaqları üçün çox məhdud sayda – cəmi 200 ədəd hazırlanan şokolad dəstini dövlətimizin başçısına hədiyyə edib.
Görüşdə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.
Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi bu gün imzalanacaq niyyət protokolunun əhəmiyyəti qeyd edilib.
Sənədə əsasən, Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.
Söhbət zamanı vurğulandı ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Sonra Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.
Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar.
Borge Brende: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim əlaqələrimizin yeni səhifəsi üçün yaxşı başlanğıcdır.
Borge Brende: Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.
Prezident İlham Əliyev: Biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq.
Borge Brende: Təbrik edirəm. Bütün dəstəyinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR