Elçin Quliyevlə Səfər Mehdiyev sərhəddə: generallar müşavirə keçirib, icra başçısı ilə danışıblar + FOTO
21-01-2020 [16:14]
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyətini yoxlayıb.
Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla bildiriir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin effektivliyinin dəyərləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrənilmiş, təklif və müraciətləri dinlənilib.
Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin rəhbərləri şəxslərin və nəqliyyat vasitələrinin sərhəd və gömrük rəsmiləşdirilməsində şəxsən iştirak edərək bu prosedurların vaxtının maksimal dərəcədə azaldılması və dövlət sərhədinin daha rahat keçilməsi üzrə mümkün tədbirlər barədə fikir mübadiləsi aparıb, vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar veriblər.
Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən keçən şəxslərin hüquqlarının maksimal qorunması ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sərhəd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsul və metodları haqqında geniş fikir mübadiləsi aparılıb.
“Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər nəzərdən keçirilib.
Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaşdırılması məqsədilə “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısındakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qazax rayonunun icra hakimiyyətinin başçısı Rəcəb Babaşov ilə müzakirə olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"