17-09-2013 [11:17]
Deyir ki, M. Abdullayevi ona Sumqayıtda təhvil verəcəklər. Əməliyyatı həyata keçirmək üçün 5 min manat pul lazım olduğunu bildirir. Bundan sonra Ə. Bayramov iltizam yazaraq bildirir ki, M. Abdullayevi 1 həftə ərzində E. Abdullayevə təhvil verəcək və bunun müqabilində 5 min manat pul alıb. Ə.Bayramov iltizamı imzalayaraq E. Abdullayevə verir. E. Abdullayev öz növbəsində Ə.Bayramovun özünə şirinlik olaraq min manat, əməliyyatı həyata keçirən şəxslər üçün isə 5 min manat verir.
Ağır söyüşlər, vulqar ifadələrlə zəngin söhbət zamanı (bu məqama yenidən qayıdacağıq-S.T.) M.Abdullayevin işi ilə bağlı müəyyən detallar açıqlanır. Eyni zamanda E.Abdullayevə dövlətdə vəzifə verilməsi üçün sövdələşmələr gedir.
Pul sövdələşməsindən sonra tərəflər bunu yazılı şəkildə təsdiqləyirlər. Daha doğrusu, E.Abdullayevin israrı ilə Ə.Bayramov kağıza "Mən Bayramov Əli Terrazina qardaşım Mahir Abdullayevi bir həftə ərzində sağ-salamat gətirib təhvil verəcəyimə söz verirəm. 31.07.2004" sözlərini yazır.
Ə.Bayramov daha sonra yüksək çinli məmurların adını çəkir, onlara da əli atdığını deyir. Bildirir ki, istənilən şəxsi bu dəqiqə aparıb, cəzalandıra bilər: "Mən bu məktubları ona görə yazıram ki, mənim xırda bir səhvimə görə bu iş pozulsa biz düşmən olacağıq”.
Daha sonra bildirir ki, gələn həftə konkret tarixdə onu İlham Əliyevin evinə çağıracaqlar və ədliyyə naziri təyin edəcəklər. Başqa təklif də səsləndirir: "Qaralov da (baş prokuror) çıxır. İstəyirsən onun yerinə də qoyaq səni. Bayaq İsa Nəcəfov da zəng eləmişdi mənə. Deyir ki, nə qədər adamın varsa mənə ver, işə düzəldək. Ona pul lazımdır”.
E.Abdullayev: Əli, mənim qulağıma indi Mahirdən başqa heç nə girmir. Sən balanın canı, Tariyelin canı, Mahiri niyə aparıblar? Səbəbi nədir?
E.Abdullayev: Nə sənədi?
Ə.Zəngilanski: Necə? Bilmirsən? Sənin qardaşındır axı. Hökumətin əleyhinə sənədlərdir. Onu özüm ləğv edəcəm. Sizin yanınızda burda adam var. Nə olursa, aparıb sxodka verir.
Daha sonra E.Abdullayevin köməkçisi pulları gətirir və Ə.Bayramov onun 1000 manatını özünə götürür, qalan 5 min manatı isə Mahirin işini həll edəcək adama çatdırması üçün götürür. Daha sonra adını açıqlamadığı, yüksək çinli məmur olduğunu bildirən şəxsə zəng edib, "qohumdan pulu aldım, hara gətirim” deyə soruşur. Zəng etdiyi şəxs isə ona "bağa gətir” deyir və söhbət yekunlaşır.
Bu arada xatırladaq ki, videoçəkilişdə hər iki tərəf bol-bol söyüşlərdən, vulqar ifadələrdən istifadə edir. Və bu, Ə.Bayramovla bağlı yayılan videolar üçün xarakterik haldır. Amma izləyicilər üçün bu, heç də xoş durum deyil. Çünki videoda belə ifadələrin olması barədə xəbərdarlıq xarakterli hansısa qeydlər olmalıdır. Və ya söyüşlərlə dolu hissənin ixtisar edilməsi, səsin gizlədilməsi halları ola bilərdi.
Amma E.Abdullayev cəbhəsi bununla bağlı hər zaman bildirir ki, bu videoları tam yaymadıqda bəzi insanlar şübhə ilə yanaşır və "görəsən, yayımlanmayan hissələrdə nələr var”, "hansı məqsədlə montaj ediblər” kimi şübhələrə düşürlər. Odur ki, videonu yayanlar tamaşaçıların inamını sarsıtmamaq üçün bu variantdan istifadə etdiklərini deyir.
Bütün hallarda isə xəbərdarlıq işarəsinin qoyulması vacib şərtdir. Çünki heç də hər kəs bu cür söyüş və vulqar ifadələri eşitmək məcburiyyətində deyil. Bunun kim tərəfindən səsləndirilməsinə baxmayaraq(musavat.com).
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Muxtar Babayevin statusu müəyyənləşdi
Bakıda kassadan 34 600 manat pul oğurlayan şəxs saxlanılıb
BU RAYONLARA PROKUROR TƏYİNATI OLDU - Siyahı (YENİLƏNİB)
İran MAQATE ilə vidalaşır - Parlament qanun layihəsini qəbul etdi
Qəzzada 32 fələstinli həlak olub
Rövşən Nəcəf AFFA rəhbərliyini SOCAR-a toplayıb
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
“Kontakt Home” haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bir test sualı üçün 3 manat ödənilir: "Əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə..." - "Əliboş gedirdik bunkerə..."
NATO liderləri Haaqada qapalı müzakirə aparırlar
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib - Prezidentdən daha bir dəyişiklik
HƏRBÇİLƏRİN CİNAYƏTLƏRİ... - Prezident dəyişikliyi təsdiqlədi
"SƏNİN ŞTATIN İXTİSARA DÜŞDÜ" DEYİRLƏR, LAKİN... - "Azəriqaz"da etirazlar kütləviləşir
7 İsrail hərbçisi öldürülüb - 2 yaralı var
Əsəd Əsədzadə saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Caner Erkin super liqanın sürpriz komandasına keçir
XİDMƏT RƏİSİ VƏ POLKOVNİKLƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
Agentlik sədrinə sayca 4-cü müavin təyin olunub
Professor: “Ay axmaq oğlanlar, qoy sizin pulunuzu yox, özünüzü sevsinlər” - “Qızlarda çətinliklərə dözüm yoxdu" (VİDEO)
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
Azərbaycan nefti kəskin ucuzlaşdı - 8 dollar
İngilis futbolçu "Fənərbağça"ya hə" dedi
Kəbin, yaş fərqi, qohum evliliyi... - İyuln 1-dən yeni evlənənləri əlavə "yük" və qadağalar gözləyir
12 günlük savaş: İsraildə 30 mindən çox binaya zərər dəyib