Azərbaycan milli komandasının iki futbolçusu heyətdən kənarlaşdırıldı - Siqaret çəkdikləri üçün

img

20-01-2020 [16:41]


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Mia.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR