Ana Prezident və Mehriban Əliyevadan kömək istədi: "Yalvarıram, 16 yaşlı oğluma kömək edin..." - FOTO
05-02-2020 [09:23]
Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 78-də yaşayan Musayeva Sultan Şura qızı Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edib.
Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:
***
Çox hörmətli möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva!
1988-ci ildə erməni zülmü ilə yurd-yuvasından didərgin düşmüş sadə bir ailənin üzvü, bir ana olaraq diqqətinizə çatdırıram ki, övladlarımdan biri – 2007-ci il təvəllüdül Kənan Musa oğlu Musayev ta 6 ayləğından bu gündək, yəni ötən 13 ildə Azərbaycan da daxil olmaqla, Rusiya və İranda düz 17 dəfə gözlərindən əməliyyat olunub. Həkimlər onun hər iki gözünə anadangəlmə qlükoma (göz) diaqnozu qoyublar, onun da burada müalicəsinin olmadığını deyirlər. Hazırda müalicəsi davam edir, hər üç aydan bir məcbiri əməliyyata salınır. Belə bir vəziyyətdə, o, əlillər üçün nəzərdə tutulan məktəbdə oxuyur.
Bütün diqqətimizin balaca övladımızın üzərində olduğu anda, böyük oğlum – 5 mart 2004-cü il təvəllüdlü 10-cu sinif şagirdi Sənan Musa oğlu Musayevin də bu ilin yanvarın 10-da qəfildən ürəyində çox ciddi problem yarandı. Təcili xəstəxanaya apardıq. İlkin müqayinədən sonra oğlum dərhal Respublika Uşaq Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirildi.
Həkimlərin analizinə görə, Sənan Musayevin ürəyinin 80 faizi işləmə qabiliyyətini itirib, sol boşluqlarda ciddi böyümə gedib, mədəciyi ciddi dilatasiya olunub. Rəsmi son dəqiq diaqnozu belədir: dilatasion kardiomiopiya. Pulmonar venoz hipertenziya.
Çox hörmətli Prezidentimiz və Mehriban xanım Əliyeva, yanvarın 19-da Sənan Musayevin vəziyyətinin daha ağırlaşmasından sonra, o, həkimlərin məsləhəti ilə Respublika Uşaq Kliniki Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə köçürüldü.
Bu mərkəzin həkimləri də deyir ki, oğlumun burada – Azərbaycanda müalicəsi mümkünsüzdür. Ona mütləq xaricdə ürək köçürülməldir.
Həkimlərin məsləhəti ilə İlkin olaraq bu müalicə və ürək köçürülməsi ilə bağlı Belarusdakı xəstəxanalarla maraqlandıq. Biz Belarus Respublikasının Kardiologiya Elmi Mərkəzinin həkimləri ilə danışdıq. Onlar Azərbaycandakı həkimlərin dediyi diaqnozu təsdiqləyib, övladımıza ürək köçürə biləcəklərini və onu həyata qaytara biləcəkləri haqda ümid verdilər. Ancaq bunun üçün elə müalicə xərci deyildi ki, inanın, bu məbləği bütün daxili imkanlarımızı səfərbər eləsək də, çox təəssüf ki, qarşılaya bilmirik.
Çox hörmətli Prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyeva, son ümidimiz Sizədir. Bütün Azərbaycan xalqı kimi, biz də Sizin uşaqlara, onların qayğılarına, səhhətlərinə necə həssas və doğma yanaşdığınızı çox gözəl bilir, alqışlayır, qürur və fəxr hissi ilə danışırıq. Allah Sizləri bu xalqın üzərindən əskik etməsin, daim bu dövlətin və xalqımızın başının üstündə hər zamankı kimi vüqarlı durasınız.
İnan, hər iki övladımın xəstəliyi bizi maddi baxımdan çox ağır vəziyyətə salmasaydı, işinizin həddən artıq çox olduğu bir ərəfədə, böyük acılar içində olan bir ana olam da, Sizi qətiyyən narahat etməzdik. Amma çox çıxılmaz vəziyyətdə qalmışıq.
Ona görə, bir ana kimi Sizə üz tutub, xahiş edir, yalvarıram: hal-hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə olunan 10-cu sinif şagirdi olan oğlum Sənan Musayevin müalicəsini şəxsi nəzarətinizə götürüb, onun yaşamasına, həyata dönməsinə kömək edin.
İnanırıq, əminik ki, Siz bizim bu müraciətimizi tezliklə nəzarətinizə götürüb, 16 yaşlı Sənan Musayevin müalicəsi ilə maraqlanıb, dərhal müvafiq tapşırıqlar verəcəksiniz.
Göydə Allah, yerdə Sizdən başqa heç bir dayağımız, güman yerimiz yoxdur. Ona görə, bir daha yalvarıram sizə, bizə yardım əlinizi uzadıb, oğlumun həyata qayıtmasına köməklik göstərəsiniz. Əminik ki, övladımızın sağalıb, ailəmizə, məktəbli dostlarlnın arasına dönməsi üçün əlinizdən gələni edəcək və bizi sevinc gözyaşlarına qərq edəcəksiniz.
Allah Sizə yar və yardımçı olsun!
Böyük hörmətlə; Musayeva Sultan Şura qızı
Əlaqə nömrələri: 055 731 30 51
19 yanvar 2020-ci il"
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO