Bakının iki icra başçısı arasında anlaşılmazlıq: bəs sakinlərin dərdlərinə kim əlac olacaq?
18-01-2020 [13:26]
Bakının Binə qəsəbəsinin bəzi sakinləri saytımıza müraciət edərək yollarının bərbad vəziyyətdə olması ilə bağlı şikayətlərini yazıblar.
“Yeni Sabah”a üz tutan sakinlər bildiriblər ki, onların yaşadığı ərazi Binə sovxoz sahəsində “Sağagedən yol” adlanır. Onlar yaşadıqları ərazidə küçələrin rəsmi adları olmadığı olmadığı üçün də problemlərinin müəmmalı şəkildə qaldığını deyiblər.
Sakinlərin sözlərinə görə, yaşadıqları ünvana kommunal ödənişlərlə bağlı göndərilən qəbzlərdə ərazinin Xəzər rayonuna aid olduğu qeyd olunur. Hətta sakinlərin heç bir probleminə çarə olmayan, onlarla maraqlanmayan Xəzər rayonu, Binə qəsəbəsinin bələdiyyəsi də onlara torpaq ev vergisi ilə bağlı qəbzlər göndərir. Lakin Xəzər Rayon İcra Hakimiyyəti həmin ərazinin onlara deyil, Suraxanı Rayon İcra Hakimiyyətinə aid olduğunu iddia edərək bərbad gündə olan yolları təmir etmir:
“Yollarımız bərbad gündədir. Yağış yağanda isə bu problem daha acınacaqlı hal alır. Həmin yolda nəinki piyada hətta minik avtomobili ilə hərəkət etmək də müşkülə çevrilir. Çünki yağış yağanda yolda böyük gölməçələr, çuxurlar əmələ gəlir. Bizim əraziyə elə də uzaq olmayan - “Kanal üstü” adlanan ərazidəki yolu Xəzər Rayon İcra Hakimiyyəti təmir etdirsə də, bizim dərdimizə çarə olan yoxdur.
Yollarımızın bərbad gündə olması ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin onlar bu əraziyə Suraxanı Rayon İcra Hakimiyyətinin baxdığını deyərək bizə kömək etmirlər. Necə olur ki, komunnal ödənişlərlə bağlı qəbzlərdə Xəzər rayonu yazılır. Hətta heç bir dərdimizə çarə olmayan, problemimizi həll etməyən Binə bələdiyəssi bizə vergi ödənişləri ilə bağlı üzərində şəxsi bank hesabı olan qəbzlər göndərir, bizdən pul istəyir. Necə olur ki, bizdən pul istəyəndə ərazimiz Xəzər rayonu olur, amma problemimiz olanda Suraxanıya aid olduğumuz deyilir. Bundan sonra Suraxanı Rayon İcra Hakimiyyətinə də getdik. Onlar da məsuliyyəti üzərlərindən atmaq istədilər. Bir dəfə isə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib əraziyə baxdılar. Onlar “Sağagedən yol”u tanıyırlar. Şikayətimizə baxılacağı və problemimizin həll olunacağını desələr də, hələ də bizim bu bərbad yola baxan yoxdur. Xəstəmiz olanda əraziyə təcili yardım maşını belə çağıra bilmirik. Yol elə gündədir ki, avtomobillər çox ehtiyyatla, yavaş-yavaş gedirlər. Həmin yolun bir az hissəsinə heç bir dövlət qurumunun köməyi olmadan asfalt çəkilib. Əraziyə su çəkənlər isə həmin asfaltı bərbad günə qoydular. Həmçinin ərazidə kanalizasiya sistemi də yoxdur. Xahiş edirik problemimizin həlli üçün bizə kömək edin”.
Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı isə Əziz Əzizovdur.
Xatırladaq ki, 2019-cu ilin 26 dekabr tarixində Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün isə “Azərsu” ASC-yə ilkin olaraq 3 milyon manat ayrılıb.
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb