DYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildi

img

17-01-2020 [16:56]


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov 'mr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb.

Belə ki, o, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

K.Əliyev “Report”a faktı təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:37 07.08.2020

Kürdə tələbə boğulub