AŞPA-nın müşahidə missiyası  Azərbaycana  gəlir - Seçiyə görə

img

17-01-2020 [13:46]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycana səfərə gələcək.

Bu məlumatı  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, AŞPA-nın seçkiqabağı müşahidə missiyası yanvarın 21-də Azərbaycana gələcək və səfər yanvarın 24-dək davam edəcək: “Səfər çərçivəsində AŞPA nümayəndələri MSK, parlament rəhbərliyi, Milli Məclisdə təmsil olunan müxalifət və iqtidar partiyalarının nümayəndələr, müxtəlif dövlət qurumları, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Səfərin əsas məqsədi seçkiqabağı ölkədə mühitin öyrənilməsi və gedən proseslərə AŞPA tərəfindən qiymət verilməsidir”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR