Yasamalda 30 yaşlı kişini bıçaqladılar

img

16-01-2020 [23:58]


Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Atayev Nurlan naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR