Azərbaycanın 19 təhsil müəssisəsi  “AzScienceNet” və DATA-dan yararlanmaq imkanını əldə edib

img

15-01-2020 [17:13]


Azərbaycanın 19 təhsil müəssisəsi AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsinin və DATA-mərkəzin xidmətlərindən yararlanmaq imkanını əldə edib.

İnstitutdan Mia.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin “AzEduNet” şəbəkəsinə təklif olunan 1 Gbit/s internet trafikdən 700 Mbit/s sürətin “AzEduNet” şəbəkəsinə təqdim olunur. Ümumilikdə, təklif olunan 1Gbit/s trafikin 80%-ə qədəri səmərəli istifadə olunur.

İnternet sürətinin 3Gbit/s, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması istiqamətində işlər aparılır. Bu məqsədlə 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilib. İnternet trafikinin 3 Gbit/s çatdırılması “AzEduNet” şəbəkəsinə təqdim olunan sürətin artırılmasına imkan yaradacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR