Milli Məclis payız sessiyasının ilk iclasına oktyabrın 1-də yığışacaq

img

16-09-2013 [15:44]


Milli Məclisin payız sessiyasının ilk iclası oktyabr ayının 1-də keçiriləcək. Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil Mansurova məlumat verib. Onun sözlərinə görə, Milli Məclis komitələrinin iclasları başlayıb: "Komitə iclasları davam edir, ümumi iclasın oktyabrın 1-də olacağı gözlənilir.İclasın gündəliyi hazır deyil”.

Q.Mansurova həmçinin əlavə edib ki, hazırda Milli Məclis jurnalistlərinin qeydiyyatı aparılır: "Hazırda jurnalistlərin qeydiyyatı aparılır. Hələlik neçə jurnalistin qeydiyyatdan keçməsi məlum deyil. Tamamlanmamış bəzi işlər var, həftənin sonuna kimi neçə jurnalistin qeydiyyatdan keçməsi bilinəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA