Yaradıcılıq ruhu olmayan şair, yazıçı, jurnalist və... - BU XOŞAGƏLMƏZ TENDENSİYALARIN SƏBƏBİ NƏDİR?
14-01-2020 [19:17]
Son zamanlar adamlar onların düşündüyü kimi, istədiyi kimi hərəkət etmək istəməyən, fikir söyləməyənlərə qarşı çox dözümsüz, aqressivdir.
Axıra qədər dinləməmiş, oxumamış və anlamamış qarşı tərəfi təhqir belə etməyə hazır olanların sayı artır. Bu da özünü daha çox ağıllı, qabiliyyətli və haqlı saymaq əlaməti kimi büruzə verir...
Ən çox narahatlıq doğuran odur ki, bir çox sahələrdə peşəkarların yerini təsadüflər tutur və ətrafındakıları da haqsızlıqda ittiham edir, həyatın umumi axarına eybəcərliklər gətirirlər.
Hamının müşahidə etdiyi bir neçə misal:
Son 10-15 ildə şahidik ki, heç bir təhsili olmayan, bir çümlə yazmaq qabiliyyəti olmayanlar özünü jurnalist adlandırıb düşdülər idarə, müəssisələrin canına.. Dilənçi ilə fərqi yalnız bir az səliqəli geyinməsi və dilənçilərdən daha "üzlü" olmasıdır...
Yaradıcılıq ruhu, düşündürücü bir fikri olmayan özünə şair, yazıçı dedi, kitablar nəşr etdirdi, "söz adamına" çevrilib məclislərin başına keçərək, hər yerdə "gözə girməyə" başladılar...
Bir müddət, elə indi də, heç bir səsi, zövqü olmayan hər adam özünü müğənni, incəsənət adamı adlandıra bildi, özün "müğənni", "sənətkar" saydı, televiziya kanallarını, toyları zəbt etdi...
Indi də hər kəs deputat olmaq istrəyir...
Təsadüfi adamlar utanmaz- utanmaz da elə hesab edir və car çəkir ki, millət vəkili olmağa ən yaxşı namizəd odur... Hamı da, abırına sığınıb onlara: ayıbdır, deyə bilmir. Görünür, bu mərhələni də keçməliyik...
Düşünürəm ki, deputatın vəzifəsi, onun üzərinə düşən missiyalar və hansı bacarıq, keyfiyyətlərə malik olması barəbə insanlarımızda yanlış təsəvvürlər var, bu sahədə əsaslı şəkildə maarifləndirmə işlərinə ehtiyac duyulur. Millət haqqında düşünən, millət vəkili olmaq istəyən məsələyə anlayışla yanaşmağa borcludur. Görməlidir ki, bu iş üçün ondan daha layiqli namizəd var, ona xeyir- dua verərək, geri çəkilmək mədəniyyəti, vətənpərvərlik göstərməlidir. Necə ki, bəzən belələri ilə qarşılaşırıq. Bu mövzuda bir ay öncə "Yeni parlament seçgiləri ərəfəsində" sərlövhəli bir yazım sosial şəbəkələrdə yayılmışdır. http://www.mia.az/w980720/.../
https://www.facebook.com/tagiyev.vahid/posts/865047170579411
Hazırda ictimai qınaq, vətəndaş mövqei lazımı səviyyədə deyil. Bunun əvəzinə, azmı qarşılaşırıq millətin, xalqın əleyhinə aşağılayıcı sözlər işlədənlərlə, "biz beləyik", "düzələn deyilik" kimi yanaşmalarla, düşmən "dəyirmanına su tökmə" kimi yanlış münasibətlərlə?...
Bunlar isə çox qüsurlu və yolverilməzdir.
Gündən-günə inkişaf edən, qüdrətlənən müstəqil Respublikamızla qürur duyduğumuz, istedad, bilik və bacarıqlı gənclərin dünya arenasında, müxtəlif sahədə uğur qazanması, qalib olaraq Vətənimizə qələbə, mükafatlarla qayıtması, bunlarla fəxarət hissi keçirməyimiz günümüzün danılmaz reallığıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarda Respublikamızı ləyaqətlə, bacarıqla təmsil edən millət vəkillərinin səmərəli fəliyyəti bir nümunədir. Bunlar bir çox üstünlüklərimizin dünyada təsdiqidir!
Axı nəzərə almalıyıq ki, qeyd olunan fəsadlar, eybəcərliklər izsiz keçmir. Cəmiyyətdə bir çox problemlərin yaranma səbəbləri belə mənəvi aşınmalardan qaynaqlanmırmı? Nədir bunların səbəbi? Bir düşündükmü və ya düşünürükmü?
Nə deyirsiniz deyin, ancaq bunlara demokratiya deməyin! Hər birimiz, cəmiyyətin bir üzvü olaraq bu boşluqların yaranmasında, toplum halına çevrilən bu dəstələrin meydana çıxmasında nə qədər günahkarıq? Yaxud, ən azı biganəlik və mövqesizliklə nə qədər günahkarıq? Susmaq bir vərdişmi, gözükölgəlikmi, biganəlikmi?
Ancaq qəbul etməliyik ki, fəal vətəndaş mövqei olmadan problemlərin daha dərindən aradan qaldırılması mümkün deyil...
Mia.az
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...