“Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur”

img

14-01-2020 [17:38]


“Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur”.

Bu barədə Azərbaycan mediasında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaq niyyətində olmasından bəhs edən yazıya cavab olaraq Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

“2020-ci il yanvarın 10-da Azərbaycan yerli xəbər saytında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmasını nəzərdən keçirdiyini iddia edən xəbər dərc olunub. Səfirlik Pakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan edir və əsassız olduğu üçün bu xəbəri təkzib edir”, - deyə açıqlamada qeyd olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR