Deputatlığa namizədlərin qeydəalınma prosesi nə vaxt bitəcək?
14-01-2020 [12:52]
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin dəqiq sayı yanvarın 24-dək məlum olacaq.
Məlumata görə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti 10 yanvar saat 18:00-da başa çatıb. Seçki Məcəlləsinin 59, 60, 148.1-148.3 maddələrinə əsasən, dairə seçki komissiyaları ( DSK) imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında sənədlər qəbul edildikdən sonra 7 gün müddətində qərar verməlidir. Beləliklə, DSK imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında ən geci yanvarın 16-dək qərar verməlidir. Əgər şəxsin namizədliyi qeydə alınmayıbsa, o, ən geci 2 gün ərzində yəni, yanvarın 18-dək Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. MSK 2 gün ərzində, ən geci yanvarın 20-dək müvafiq qərar verməlidir. Şəxs MSK-nın qərarından narazı qalarsa, 2 gün ərzində yəni, ən geci yanvarın 22-dək məhkəməyə müraciət etməlidir. Məhkəmə isə, 2 gün ərzində yəni ən geci yanvarın 24-dək müvafiq qərar qəbul etməlidir. Bu proses başa çatdıqdan sonra isə, seçki bülletenlərinin hazırlanması mərhələsinə start verilir. Başqa sözlə, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə görə, seçki bülletenlərinin hazırlanması Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək təmin edilməlidir.
Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edir/APA.
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub