Baş nazirlə general arasında 6 saat çəkən Moskva görüşü - Tərəflər anlaşdı + FOTO

img

13-01-2020 [19:52]


Mia.az xəbər verir ki, Moskva görüşündə tərəflər arasında atəşəkəsin dayandırılması və sülh danışıqlarının davam etdirilməsi ilə bağlı razılıq əldə olunb.

Baş nazir anlaşamanı imzalasa da, Həftər imzanı sabah atacağını bəyan edib.

***

Moskvada Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sərac və Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Həftar arasında keçirilən görüş 6 saata yaxındır davam edir.

Görüş Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutub.  

Görüşün sonunda Liviyada atəşkəsin elan olunması ilə bağlı tərəflər arasında razılaşma imzalanması gözlənilir.

Eyni zamanda Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin birgə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri yanvarın 12-si saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR