VİLAYƏT EYVAZOVDAN BAKININ YOL POLİSİ İLƏ BAĞLI ŞOK QƏRAR: bütün şəxsi heyət sərəncama götürülüb? + Rəsmi reaksiya

img

13-01-2020 [11:48]


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib.

Mia.az Trend-ə istinadla xəbər verir ki, əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb.

Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.

Məsələylə əlaqədar Bizimyol.info saytına açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov da yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: “Hamı sərəncama götürülb deyirsiniz. Bəs bu yollarda xidməti vəzifəsini yerinə yetirən polislər deyilmi? Bu məlumatlar doğru deyil. Xəbərlərin hardan qaynaqlanması barədə məlumatım yoxdur”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub