İranın Olimpiadadkı yeganə azərbaycanlı medalçısı ölkəni tərk etdi: "Zülmə məruz qalan qadınlardan biri idim..." + FOTOLAR

img

12-01-2020 [16:10]


Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı Kimiya Əlizadə İranı tərk edib.

Bu barədə “Fox News” xəbər verib.

İdmançı özünün “Instagram” səhifəsində "ölkədə milyonlarla zülmə məruz qalan qadınlardan biri" olduğunu yazıb.

Əlizadənin sözlərinə görə, idman məmurları onu istismar ediblər.

"Onlar məni hara istəyirdilər, ora göndərirdilər. Mən onların dediklərini daşıyırdım. Mən onların hər təklifini təkrarlayırdım", - taekvondoçu qeyd edib.

Əlizadə əlavə edib ki, İran hakimiyyəti onun medallarına sevinib, ancaq onu idman növünün seçiminə tənqid ediblər.

İranın ISNA agentliyinin məlumatına görə, idmançı Niderlanda gedib.

Qeyd edək ki, Əlizadə 2016-cı ildı Rio-de-Janeyroda keçirilən Olimpiada oyunlarında bürünc medal qazanıb. O, oyunlarda mükafat qazanmış yeganə İran idmançısı idi. 

Xatırladaq ki, 20 yaşlı idmançı ölkəsinin ilk qadın olimpiya medalçısı olub. İran prezidenti Həsən Ruhani Olimpiya oyunlarında qalib olmuş qadın taekvondoçuya müraciətində onun bütün iranlılara, xüsusən, qadınlara xoşbəxtlik bəxş etdiyini bildirib. Ölkənin dini lideri Ayətullah Xamenei isə iranlı qadın idmançının "Xanımlar üçün şərəfli hicab geyimi"ni hamıya nümunə göstərdiyini qeyd edib. Xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ansari isə bürünc medal qazanan digər hicablı, misirli Hidayə Mələyi də təbrik edərək, onları müsəlman dəyərlərinə hörmət edən qadınların birlik və güc simvolu adlandırıb.

Onu da xatırladaq ki, Kimya Əlizadə 1998-ci ilin 10 iyulunda Karac şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası Təbriz yaxınlığındakı Zunuz əyalətindən, anası isə Ərdəbildəndir. Əlizadə əvvəllər Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında və dünya çempionatında qızıl, böyüklər arasında dünya çempionatında isə gümüş medal əldə edib/Report. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR