Tapança, 6 bıçaq... -  Gürcüstan DİN Tbilisidəki gecə klubunda baş verən hadisə haqda xəbər yaydı

img

12-01-2020 [12:02]


Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, "Basiani" klubunda baş verən insidentlə bağlı məlumat yayıb.

Məlumata görə, hadisəni törədən şəxs "isti izlər"lə saxlanılıb.

Məlumata əsasən, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların həyatı təhlükədə deyil.

Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR