İsa Qəmbərlə oğlunun rəqibləri kimlərdir? - Maraqlı faktlar

img

11-01-2020 [15:52]


Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı daha bir dairədəki gediş maraqla izlənilir.

Bu, Müsavatın sabiq başqanı, Milli Məclisin keçmiş spikeri İsa Qəmbərin namizədliyinin təsdiqləndiyi 19 saylı Nərimanov birinci seçki dairəsidir.

Mia.az xəbər verir ki, həmin dairə üzrə YAP-ın namizədi "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, deputat Hikmət Babaoğludur.

Diqqətçəkən budur ki, 2005-də İsa Qəmbərin 20 saylı Nərimanov seçki dairəsindən namizəd kimi qatıldığə seçkidəki rəqibi olmuş deputat Adil Əliyevin Kikboks federasiyasındakı müavini Güloğlan Cabbarov da 19 saylı dairədən namizəd kimi təsdiqlənib. Bunun təsadüf, yaxud məqsədli olduğunu demək çətin olsa da, şübhə yox ki, Adil Əliyev bu dairədə müavininin İsa Qəmbərlə "döyüşməsi"ni maraqla izləyəcək...

Yeri gəlmişkən, qeyd edək ki, İsa Qəmbərin oğlu Turqut Qəmbər də seçkiyə qatılıb. O, 22 saylı Nəsimi seçki dairəsindən hazırkı deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin rəqibidir.

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR