Azərbayca sər­hədini qanunsuz keçmək istəyən bu şəxslər saxlanıldı - Rəsmi siyahı

img

11-01-2020 [13:37]


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir.

DSX-dən Mia.az-a verilən məlumata görə, Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son gün­lərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

30 dekabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1978-ci il təvəllüdlü Ghasemianlialkoli Maghsoud Normohammadin sənədlərinin qismən saxta, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı, 1998-ci il təvəllüdlü Fazl Ullahın təqdim etdiyi pasportda Kuba vizasının tam saxta olması müəyyən edilib.

3 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1991-ci il təvəllüdlü Masoumlou Masoudun sənədinin tam saxta olması, “Samur” dövlət sərhə­dindən buraxılış məntəqəsində Rusiyadan ölkəmizə gələn Özbəkistan vətən­daşları - 1996-ci il təvəllüdlü Baxramcanov Donuyerbek və 1969-cu il təvəllüdlü Cəlalov Axlidin pasportlarının qısmən saxtalaşdırılması aşkar olunub.

4 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Ba­kı reysi ilə uçub gələn İran vətəndaşı, 1991-ci il təvəllüdlü Razi Zergani Moayadın Küveytə məxsus pasportunun qismən saxta olması, Moskva-Bakı reysi ilə uçub gə­lən Ukrayna vətəndaşı, 1987-ci il təvəllüdlü Salimov Orkhanın sənədinin saxtalaşdırılması müəyyən olunub.

8 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1994-cü il təvəllüdlü Farghi Alamdari Shayanın pasportunda Almaniyaya məxsus Şengen vizasının, Bakı-Kiyev reysi ilə uçub gedən Pakistan vətəndaşı, 1997-ci il təvəllüdlü Raza Hassanın pas­por­tun­da Almaniyaya məxsus daimi yaşayış vizasının və İran vətəndaşı, 1998-ci il təvəllüdlü Jahangiri Farhadın Yunanıstan pasportunun qismən saxta olması, İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı, 1988-ci il təvəllüdlü Varmazyar Soheilanın Böyük Britaniya pasportu və İD kartının özgəsinə məxsus olması müəyyən edilib.

3 yanvar tarixində Astara SNM-də İran İslam Respublikasından ölkə­mizə gələn İİR vətəndaşı, 1975-ci il təvəllüdlü Feiziarbabi Leilanın daxili orqan­larında 53 qram metamfetamin və 91 qram heroin, AR vətəndaşı, 1969-cu il təvəllüdlü Astara sakini İbadova Zülfiyyə Tərlan qızının üzərindən 177 qram heroin aşkar olunub.

Saxlanılan şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR