İRAQIN 10 ŞƏHƏRİ QARIŞDI: minlərlə insan ABŞ və İrana qarşı küçələrə çıxdı - 2 jurnalist öldürüldü + FOTO

img

11-01-2020 [00:32]


İranlı general Qasım süleymaninin öldürülməsindən sonra etirazlara ara verən iraqlılar bu gün yenidən küçələrə axışıblar.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu gün Bağdad, Vasıt, Bəsrə, Babil, Divaniyə, Müsenna, Kərbəla, Nəcəf, Zikar və Misan şəhərlərində etirazçı əhali küçələrdə "ABŞ və İran - ölkəmizdən çıxın", "şiələr və sünülər qardaşdır" şüarları səsləndiriblər.

Bir çox şəhərlərdə, o cümlədən Kərbəlada etirazşılarla polis arasında toqquşma olub.

Məlumata görə, Bəsrədə isə bir jurnalist və kameraman naməlum şəxslər tərətindən maşınlarında öldürülüb.

Bu hadisədən sonra jurnalistin evinin qarşısına toplanan yüzlərlə etirazçı "intiqamını alacağıq" şüarı səsləndiriblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR