"Əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra..." - Komitədən Xoşqədəmə sərt ittihamlar
10-01-2020 [14:12]
Bu il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə mindi. Qanun cəmiyyəti sevindirmişdi və çox ümidli idik. Təəssüf ki, qanun qüvvəyə minsə də, telekanllarda məlum həyat hekayələrindən ibarət verilişlər öz tempi ilə davam edir. Hətta yanvarın ilk həftəsində cəmiyyəti silkələyən Nərmin cinayəti hələ də efirlərdə müzakirə olunmaqdadır. Ya telekanallar bu qanundan xəbərdar deyil, ya da onlara insan həyatları üzərində şou ssenariləri hazırlamaq ləzzət verir.
Mia.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Elgün Səfərov AYNA-ya uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.
Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb: “Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir”.
Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub: “Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olun qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik”.
E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub: “Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada cinayət işinin açılması mümkündür. Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlayacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”.
“Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik. Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir. Təəssüf ki, baş verən cinayət çoxunda sullar doğurur. Necə olar bilər ki, ötən müddət ərzində 50 evdən 30-unda yaşayış olan balaca kənddə itən uşaqla bağlı hər hansı ipucu tapılmadı? Bu işdə məsuliyyətsizlik, səhlənkarlıq edən çox tərəflər var. Yenə də umid edirik ki, tezliklə cinayətin təfərrüatı ictimaiyyətə açıqlanacaq, qatil tapılacaq. Əlavə edim ki, hazırda qətlin açılması üçün ölkənin ən təcrübəli mütəxəsisləri cəlb olunub”, - deyə Komitə rəsmisi vurğulayıb.
Xatırladaq ki, “Xəzər” TV-də efirə gedən “Səni axtarıram” verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası “Heç olmasa, övladımın ölüsünü verin” müraciətini edib. Bu müraciətdən sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb.
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları