"MSK-nın mövcud olan sistemi “İP adresimi” tanımadı" - Generalın namizədliyinə "yox" deyildi 

img

10-01-2020 [14:00]


73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyini irəli sürən Azərbaycan Ordusunun keçmiş korpus komandiri, general Qabil Məmmədovun deputatlığa namizədliyi qeydə alınmayıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədəki hesabında açıqlama yayıb.

O, bildirib ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyini irəli sürsə də, qeydə alınmayıb: "Bildirmək istəyirəm ki, göstərdiyim səylərə baxmayaraq, yanvarın 9-da, Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim “İP adresimi” tanımadı. Bu səbəbdən sizlərin gözləntilərini doğrulda bilmədim. Allah vətənimiz Azərbaycanı qorusun!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR