İcma sədri XİN-dəki vəzifəsini "dondurdu" - Seçki ilə bağlı

img

10-01-2020 [12:06]


"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.

O, XİN-dən məzuniyyətə çıxıb. 

T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.

Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR