MSK-dan təxribat xəbərdarlığı: "Bəzi şəxslər seçkiyə kölgə salmaq üçün..."

img

09-01-2020 [17:49]


"Bütün dairə seçki komissiyaları sabah saat 18:00-a kimi sənədləri qəbul etməlidir".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Müraciət edən insanın kimliyindən asılı olmayaraq fiziki imkanları çatmaz ki, bütün lazımi addımları atsın və sabah saat 18:00-a kimi DSK-lara çatdırsın. Bunu ona görə deyirəm ki, bəzi şəxslər təxribat xarakterli bu cür addımlar ata bilər və seçkiyə kölgə sala bilər”, - MSK sədri əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR