"Gərginlik artıq arzuolunmaz nöqtəyə çatıb” - Ərdoğandan İran-ABŞ qarşıdurmasına reaksiya

img

08-01-2020 [17:53]


"ABŞ-ın simasında müttəfiqimiz və İranın simasında qonşumuz arasında davam edən gərginlik artıq arzuolunmaz nöqtəyə çatıb”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türk axını" qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı mərasimdə deyib.

O, Türkiyənin iki ölkə arasındakı gərginliyi azaltmağa yardım edəcəyini bildirib: “Baş verənləri həssaslıqla izləyirik. Suriya, Livan, İraq və ya Fars körfəzinin döyüş əməliyyatları səhnəsinə çevrilməsini istəməzdik”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA