DİN-dən əməliyyat: Abşeron və Sumqayıtda narkotacirlər tutuldu
08-01-2020 [16:52]
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Baş İdarəyə Abşeron rayonunun Saray qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs, qəsəbə sakini Şahin Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Həsənovun yaşadığı evdən əlavə olaraq 30 qram heroin, 20 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində narkotik vasitələrin mənbəyi olan Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılaraq istintaqa təqdim edilib. O, saxlanılan zaman üzərindən 30 qram heroin aşkar edilib. X.Məmmədzadənin yaşadığı evdən isə əlavə olaraq 60 qram heroin, 260 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədzadə narkotik vasitələri istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
Qeyd edək ki, Baş İdarə əməkdaşlarının keçirdikləri bu tədbir zamanı, ümumilikdə, 404 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddər dövriyyədən çıxarılıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib