İlqar Altay MSK sədrinə müraciət etdi

img

14-09-2013 [15:50]


Prezidentliyə namizəd, "İctimai Tədqiqatlar Mərkəzi” ictimai birliyinin sədri, müstəqil hüquqşünas-alim Ilqar Altay prezidentliyə namizədlikdən imtinası barədə MSK sədri Məzahir Pənahova müraciət ünvanlayıb. MİA-yad daxil olan müraciətdə deyilir: «Hörmətli Sədr, 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində müstəqil partiyasız vətəndaş kimi namizədliyimi irəli sürməklə qatılmaqda məqsədim uğurlu nəticə hasil olunduğu halda yeni, ölkənin bütün siyasi spektrini birləşdirən həmrəylik hökuməti yaratmaqla, xalqımızın daha da inkişafına, tam demokratik, azad və ədalətli cəmiyyət qurulmasına nail olmaq olub. Lakin, təəssüflər olsun ki, bu gün ölkəmizdə müstəqil, siyasi mənsubiyyəti olmayan insanların potensialının tam ortaya qoyulması, dolğun fəaliyyəti üçün lazımi ictimai-siyasi mühit hələ də formalaşmayıb. Üstəlik, mənim iradəmdən asılı olmayan bəzi konkret səbəblər bundan sonrakı seçki mübarizəmi davam etdirməyi mümkünsüz edir. Bununla əlaqədar, namizədliyimdən imtina edib seçki kampaniyamı dayandırıram. Xahiş edirəm, nəzərə alasınız və məni prezidentliyə namizədlər sırasından azad edəsiniz. Sizə və rəhbərlik etdiyiniz ali seçki orqanına 9 oktyabrda Azərbaycan xalqının iradəsini əks etdirən demokratik və şəffaf seçkilər keçirilməsi, dövlətimiz və millətimiz üçün layiqli bilinən, ölkəmizi ədalətlə idarə edə biləcək namizədin prezident seçilməsi işinizdə uğurlar arzu edirəm»

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA