AFFA-nın yeni Nizamnaməsi qəbul olunub

img

08-01-2020 [10:49]


Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb.

İclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılıb, eləcə də digər məsələləri müzakirə edilib.

Konfransda 35 nümayəndədən 33-ü iştirak edir. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Nizamnamədə əlavə və dəyişikliklərin yer aldığı yeni versiya AFFA üzvlərinə 4 gün əvvəl göndərilib.

Təklif olunan əsas müddəalar:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq tətbiqedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezident və icraçı vitse-prezidentlərin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər

Daha sonra AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov təkliflərlə bağlı məsələlər qaldırıb və ona fikirlər bildirilib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.

R.Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını bildirib. Bununla da Konfrans işini başa vurub.

Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası başlanıb.

Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR