Putin Türkiyədən bir gün əvvəl niyə Suriyaya səfər etdi? - Politoloq "Ərdoğanla çətin görüş olacaq" deyir

img

07-01-2020 [21:49]


***

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərə başlamadan bir gün əvvəl Suriyaya gedərək bu öllkənin prezidenti Bəşər Əsədlə görüşdü. Ayrıca prezidentlər hər iki ölkənin hərbi qüvvələrinin birgə iclasında da iştirak ediblər.

Putin özünü qalib hiss edir. Həqiqətən Putin bir neçə il Əsədə hərbi dəstək verməsəydi, bu gün Bəşər Əsəd və onun ailə hakimiyyətindən əsər-əlamət qalmayacaqdı. Bəs Putinin Türkiyədən bir gün əvvəl Suriyaya səfər etməsinin mənası nədir?

Bununla Putin Ankara iki mesaj göndərmiş oldu. Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla yanvarın 8-də “Türk axını” layihəsinin açılışında iştirak edəcək. Bu layihə Rusiya üçün vacibdir. Ancaq Putin Ərdoğandan bir gün əvvəl Türkiyə Cumhurbaşqanının düşməni ilə görüşməklə həmkarına demək istəyir ki, Suriyada Bəşər Əsəd reallığı var və bu amillə hesablaşmaq lazımdır.

Məsələ burasındadır ki, Ərdoğan Əsədi dəftərdən silib, Putin isə türkiyəli həmkarına demək istəyir ki, Suriya prezidentinin ismini yenidən dəftərə yazmaq lazımdır. Putinin Ərdoğandan bir gün əvvəl Əsədlə görüşünün bir başqa mənası da var. Putin Ərdoğana demək istəyir ki, Rusiya ilə Suriyanın hərbi qüvvələrini İdlib şəhərini ələ keçirmək planından vaz keçməyəcəklər.

Ərdoğan həm Əsəd hakimiyyətinin möhkəmlənməsi, həm də İdlibin təmizlənməsi amili ilə üz-üzədir. Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə başqa problem də üzə çıxıb: Liviya.

Türkiyə Liviyanın Tripolidəki mərkəzi hökumətinə, Putin isə müxalif general Həftərə dəstək verir. Ərdoğan və Putin bu mövzunu da müzakirə edəcəklər. Putin Suriyada olduğu kimi,  Liviyada da qələbə qazanmaq istəyir. Türkiyə Tripoliyə hərbçilərini göndərməyə hazırlaşarkən, general Həftər Liviyada daha bir strateji şəhəri ələ keçirib.

Başqa sözlə, Putin Ərdoğanla görüşə əli güclü şəkildə gedir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR