Deportasiya xəbəri yayılan "Lotu Quli" maral ovunda - FOTOLAR

img

06-01-2020 [22:30]


“Qanuni oğru” Nadir Səlifovun (“Quli”) Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq Azərbaycana deportasiya edilməsi barədə məlumat təsdiqini tapmır. 

Yenisabah.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi veb-səhifəsində də bu barədə hər hansı məlumata rast gəlinmir. Bundan başqa, Nadir Səlifovun həbsi barədə nə Türkiyə, nə də onu daha çox “diqqət”də saxlayan Rusiya mediası yazıb. Digər tərəfdən Azərbaycanın rəsmi qurumları da Nadir Səlifovun həbs edilərək ölkəmizə deportasiya edilməsi barədə hər hansı açıqlama yaymayıb.

Hər halda Nadir Səlifov sıradan bir şəxs deyil. Əgər o, doğrudan da həbs edilərək Azərbaycana deportasiya edilsəydi, rəsmi qurumlar dərhal bu barədə açıqlama yayardı.

Başqa bir maraqlı məqam. Nadir Səlifovun həbs olunması barədə xəbər yanvarın 4-də yayılıb. Amma yanvarın 6-da “qanuni oğru”nun “İnstagram” səhifəsində onun maral ovundan fotoları yayılıb. Bu fakt da Nadir Səlifovun həbsi ilə bağlı məlumatın səhihliyinə şübhə ilə yanaşmağa əsas verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR